az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Texnologiyalar

Elektron ticarətin növbəti səviyyəyə qaldırılması

15.11.2011 | Kent Babin

Dünya səviyyəsində Şəbəkə və ya WWW – hər gün dünyanın böyük bir hissəsi tərəfindən istifadə edilən, alış-verişdən başlayaraq, vergilərin ödənilməsi, sürücülük vəsiqəsinin bərpa edilməsi,  seçicilərin qeydiyyatdan keçirilməsi daxil olmaqla, bir çox gündəlik məsələləri həll etmək üçün bir vasitədir. Bu hal qaçılmazdır. Belə olan halda, bəs Azərbaycanda nə vaxt, öz ən son təhlükəsizlik və dələduzluğun qarşısını almaq funksiyaları ilə seçilən, Qərbdə artıq əksəriyyətin bir neçə illər istifadə etdiyi, bu əlverişli alət geniş istifadə olunmağa başlayacaq? Qara dəlik, yoxsa cəsarətli yeni üfüqlər – seçim sizindir.

Elektron ticarət (e-Commerce), başqa sözlə, İnternet vasitəsilə müxtəlif məhsul və xidmətlərin alışı və satışı, ticarət dünyasında əsas oyunçuya çevrilmişdir. O, satıcı və istehlakçılar tərəfindən biznesin aparılma üsüllarını, onlara əvvəllər heç vaxt olmayan rahatlıq və münasiblik təklif edərək, əsaslı olaraq dəyişmişdir. Baxmayaraq ki, Qərbdə artıq çoxdan inteqrasiya olunan bu xidmət, onlar üçün adi bir haldır, Azərbaycandan bu yeni iqtisadi reallığı qəbul edilməsi hələ tələb olunur. Bu hal bir neçə səbəblə izah oluna bilər. Bu səbəblər arasında əhalidə ümumi İnternet vərdişlərinin az olması və elektron ticarətin demək olar ki, heç bir hüquqi strukturunun olmamasıdır. Bütün bu çoxsaylı maneələrə baxmayaraq, biz son ilyarımlıq bir dövrdə bəzi yerli uğurların da əldə olunmasını müşahidə etmişik. Təəssüf ki, bu, çox nadir hallarda baş verir. İnkar etmək olmaz ki, elektron ticarət onun iştirakçıları üçün böyük əhəmiyyət daşıyır. Bu xidmətin üstünlükləri geniş yayılmışdır və düzgün qaydada sənədləşdirilmişdir. Azərbaycan şirkətləri, hal-hazırda, qeyd edilən xidmətdən geniş istifadə edə biləcək bir mərhələdə fəaliyyət göstərirlər. Belə bir sual yaranır ki, şirkətlər öz müştərilərinə ən yaxşı elektron ticarət xidmətləri göstərməyə başlayacaq, yoxsa müştərilər özləri təşəbbüs göstərərək şirkətlərdən daha yaxşı xidmət tələb etməyə başlayacaqlar? Məsələn, bu sahədə, yaxın illərdə, pərakəndə satıcılar mühüm rol oynaya bilərlər. Gələcək doğrudan da parlaq olacaq – bunun, sadəcə olaraq, nə qədər vaxt aparacağı bəlli deyil.

Son iki ildə, elektron ticarət xidməti Azərbaycanda uzun bir yol qət edib. Hal-hazırda artıq iki ödəniş sistemi aktiv fəaliyyət göstərir, yüzə yaxın satıcı artıq bu xidmətə qoşulub, bir çoxları isə hələ qoşulmaqdadır. Bundan əlavə, insanlar da artıq online-ödəmə ideyasına daha səmimi münasibət göstərməyə başlayıblar.  İqtisadiyyatda belə miqyaslı dəyişikliklərin həyata keçirilməsi normal qaydada beş il və ya daha artıq müddət tələb etdiyi halda, Azərbaycanda bu sistemin inteqrasiya olunma sürəti həddindən artıq yavaşdır. Təxmini hesablamalara görə, Azərbaycanda müvafiq hüquqa malik şirkətlərin yalnız bir faizi öz məhsul və xidmətlərini İnternet vasitəsilə təklif edir və ondan da aşağı faiz dərəcəsində olan insanlar faktiki olaraq online-ödəmə etmişlər.

Bəs nə səbəbdən bu belə çox vaxt aparır? Aydındır ki, bunu səbəbi İnternetin cəmiyyət arasında zəif yayılma səviyyəsi, elektron ticarət layihələrinin yerli dəstəyinin azlığı və müvafiq hüquqi/normativ əsasın olmamasıdır.  Bu üç məfhum vacib olsa da, problemin kökündə deyillər. Bunların əvəzinə, biz yerli şirkətlərin dinamik elektron ticarət xidmətlərinin həyata keçirilməsinə münasibətini nəzərə almalıyıq. İnternet-mağazalar, biletlərin onlayn satışı və yemək xidmətinin onlayn sifarişi, çox güman ki, o səbəbdən hələ həyata keçirilməyib ki, şirkətlərin çox hissəsi elektron ticarət sahəsinə qoyulan sərmayənin faydalı olduğunu hesab etmirlər. Bu halın iki əsas səbəbi vardır. Birincisi, istehlakçıların çox hissəsi İnternetə o qədər də etibar etmir ki, hər hansı bir xidmət və ya məhsul üçün onlayn ödəniş etsin. İkinci səbəb odur ki, istehlakçılar heç belə xidmət tələb etmirlər də, yəni onlar hələ təzəlikcə vergilərin onlayn ödənilməsi sisteminə etibar etməyə başlayıblar, qatara bilet və sığorta şəhadətnaməsinin internet vasitəsilə alınması barədə danışmaq isə hələ çox tezdir.

Elektron ticarət sisteminin həll üsullarını artıq realizə etmiş şirkətlər müəyyən dərəcədə müvəffəqiyyətə nail olmuşlar. Məsələn, Bakı Elektrik Şəbəkə, hər iki ödəniş sisteminə qoşulduqdan sonra, vergi ödənişlərinin yığım faizinin durmadan artdığını müşahidə etmişdir. Başqa tərəfdən isə insanlar da poçt şöbələrində və banklarda uzun növbələrinin olmamasından çox razı qalmışlar. Qeyd edilən ödəniş sisteminə qoşulmaqdan xeyir əldə edən xidmət təminatçılarından bir də Bakcelldir. Bu, abonentlərə öz mobil borclarını ödəməyə və prepaid sistemində öz balanslarını artırmağa imkan verir. Abonentlər də, həmçinin, ayda minlərlə onlayn əməliyyat etməklə, bu xidmətə olan müsbət münasibətlərini göstərdilər.
Hal-hazırda qoşulan digər şirkətlər isə, yalnız məhdud çərçivədə uğur qazana bildilər. Bunun əsas səbəblərindən biri, xidmətin kifayət qədər yayımlanmamasdır. Siz, doğrudan da, yeni elektron ticarət xidmətlərini təbliğ edən neçə reklam şitləri və ya televiziya reklamı görmüsünüz? Belə təşviqatın böyük hissəsi İnternet vasitəsilə həyata keçirilir. Bu, yalnız İnternetdən artıq istifadə edən insanlara yönəldikdə, səmərəli ola bilər, lakin əhalinin ümumiyyətlə məlumatlandırılması üçün kifayət deyil.

Biz hələ dinamik elektron ticarət xidmətlərinin uğur qazandığını müşahidə etmirik. Bir neçə internet-mağaza artıq mövcuddur, lakin onlar cəmiyyətin marağını o qədər də cəlb edə bilməmişlər. Səyahət üçün və ya üçüncü şəxslər qarşısında məsuliyyətin sığortalanması üçün də onlayn sığorta proqramları vardır. Təəssüf ki, bunlardan çox az adam istifadə edir. Qeyd edilən hal, şirkətləri və / və ya veb-proqramçıları elektron ticarət sahəsində yeni layihələrin həyata keçirilməsinə o qədər də ruhlandırmır. Beləliklə, elektron ticarətin azalan meylli durğun inkişafı davam edir.  
Biz elektron ticarətin ölkənin iqtisadi cəhətdən müasirləşdirilməsi və inkişafı üçün çox əhəmiyyətli olduğunu bilirik. Məsələn, ABŞ-da bu, milliyardlarla gəlir gətirən sahə çox böyük sürətlə genişlənməyə davam edir. Bu inkişafın aparıcı qüvvəsi yeni nəsil fokuslaşmış onlayn biznes yaradan və daima müxtəlif yeniliklər tətbiq edən sahibkarlardır. Elektron ticarətin əsas aspektlərindən biri odur ki, iştirak etməniz üçün, sizin ənənəvi, bazarda özünə yer etmiş şirkət olmanıza ehtiyac yoxdur. Başqa bir aspekt – bi sahənin təqdim biləcəyi yeni iş yerləridir. Elektron ticarət sistemi işə düşən kimi, dərhal layihə rəhbərləri, veb-proqramçılar, sistem administratorları, müştərilərə dəstək xidməti işçiləri və qrafik dizaynerlərə ehtiyac artacaq. Xarici investiyaların cəlb edilməsi də ən vacib aspektlərin siyahısındadır. İnternetdə bizneslə məşğul olan beynəlxalq şirkətlər sərmayə yatırmaq üçün yer seçən zaman elektron ticarət sisteminin güclü infrastrukturunu və fəaliyyətini görmək istəyirlər. Elektron ticarət sahəsində zəif mühitə malik ölkələrin Amazon kimi şirkətləri cəlb etmək imkanı, eyni baxımdan daha güclü olan ölkələrə nisbətən çox azdır. Nəhayət, onlayn əməliyyatlar iqtisadiyyatın təmizlənməsində mühüm əhəmiyyətə malikdirlər. Müxtəlif tərəflər əməliyyatlar haqqında qeydiyyatlar aparacaq ki, bu da hər hansı bir sövdələşmənin baş tutmasını sübut etməyə imkan verəcək.

Şirkətlər nə səbəbə görə, belə riskə razılaşaraq elektron ticarət xidmətlərinə sərmayə qoymalıdırlar? Əsasən ona görə ki, öz məhsul və xidmətlərinizi satmaq üçün Azərbaycan yeganə yer olmayacaq. İnternetin biznes üçün əsas dəyəri odur ki, o, internetdən istifadə edən dörd milliyard insanlara qapıları açır. Elektron ticarətin və veb-saytın düzgün realizə olunması zamanı potensial müştəri bazasını həndəsi silsilə ilə artırmaq olar. Əgər dünyanın yüz ölkəsində reklam şitlərinin yerləşdirilməsi ilə müqayisə etsək, sizin İnternetdən istifadəyə görə sərf etdiyiniz xərclər gözünüzə görünməyəcək. Elektron ticarət xidmətlərinin yaradılmasına, prinsipcə, yeni mağazanın açılması kimi baxmaq olar. Minimal xərclərlə, yeni personal işə götürmədən, siz öz mağazanızı 24 saat, həftədə yeddi gün idarə edə bilərsiniz. Siz, həmçinin, öz müştərilərinizə evlərini tərk etmədən səmərəli alış-veriş etmək rahatlığı təklif edə bilərsiniz.

Bəs istehlakçılar nə səbəbdən elektron ticarət xidmətlərini tələb etməlidirlər? Rahatlıq, şəffaflıq və seçim imkanına görə. Hesabların ödənilməsi, hədiyyə almaq, aviabiletlər sifariş etmək üsulları daha da sadələşir və siz bunu evinizi tərk etmədən həyata keçirə bilərsiniz. Sizə lazım olan məhsulu və ya xidməti əldə etmək üçün banka, mağazaya və ya səyahət agentliyinə getməyə ehtiyac qalmır. Bundan əlavə, bütün əməliyyatlar şəffaf şəkildə həyata keçirilir və siz həmişə nə vaxt, nəyə nə qədər pul xərclədiyinizi bilirsiniz. Artan seçim imkanı, bəlkə də, istehlakçıların əldə etdiyi ən mühüm üstünlükdür. Yalnız yerli mağazalarda məhsul axtarmaq əvəzinə, siz bütün dünya mağazaları ilə tanış ola bilərsiniz. Müqayisə etsək, alış-veriş hələ bu qədər sadə olmamışdı.

Azərbaycanda elektron ticarətin gələcəyində pərakəndə satış əhəmiyyətli rol oynayacaqdır. Əgər satıcılar öz onlayn xidmətlərini yaradaraq təbliğ etməyə başlasalar, müştərilər də öz alıcı adətlərini dəyişməyə başlayacaqlar. Bu, qeyd edilən sahədə müxtəlif yeniliklərə gətirib çıxaracaq, və nəhayət, bütün iştirakçılar öz qoyduqları sərmayələrin əvəzinə gəlir əldə etməyə başlayacaqlar. Əlbəttə ki, bunu dərhal baş verəcəyini heç kəs gözləmir. Müştərilərin onlayn alış-verişlərə keçməsi üçün iki və ya üç il vaxt tələb oluna bilər. Hal-hazırda, əsas məsələ odur ki, pərakəndə satış sahəsində, yalnız yaratmaq deyil, həmçinin, öz müştərilərinin onlarla qarşılıqlı əlaqə saxlamaq üsullarını dəyişməyə yönəlmiş təsisçilər mövcuddur. Əgər bu baş versə, eBay, Amazon və Expedia kimi xidmətlərin Azərbaycanda fəaliyyət göstərməyə başlayacağı heç bir sübhə doğurmayacaq. Təəssüf ki, elektron ticarət layihəsinin həyata keçirilməsi daha çox “toyuq və yumurta” məsələsini xatırladır. Dinamik elektron ticarət xidmətlərinin həyata keçirilməsi istiqamətində istehlakçının, yoxsa şirkətlərin birinci addım atacağı hələ məlum deyil.  

Kent Babin GoldenPay MMC-də Proqram Təminatının Yaradılması Şöbəsinin Direktorudur.  O, Calgary Universitetinin Beynəlxalq Biznes sahəsi üzrə ticarət bakalavrı dərəcəsini almışdır. 2007-ci ildə, Kent Azərbaycana ölkədə ilk online ödəniş sisteminin tətbiqinə dəstək vermək üçün səfər etmişdir. O, hal-hazırda istehlakçılar üçün dinamik elektron ticarət xidmətlərinin yaradılması ilə məşğul olur.

Mənbə: IMPACT Magazine, Official Publication of the American Chamber of Commerce in Azerbaijan, Issue № 11

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (326)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.